Tarixdə biz görürük ki, bəzi yerlərdə Qaraqoyunlu dövlətindən başlayaraq Səfəvi imperiyasınadək idarə olunan ərazilərdə, türk hakimiyyətinə, “Türkman” hökmranlığı deyə qeyd olunurdu. Ancaq biraz aşdıranda görmək olar ki, əslində bu heç də təəcüblü deyil.
Vladimir Minorski “Tadhrikat Al-muluk: A Manual of Safavid Administration” adli əsərində yazirdi:
“Səfəvilər şox sayda əlagələri olduğu türkman sülalələrinin, Ağqoyunlu və Qaraqoyunlunun birbaşa varisləri idi. Səhv olmaz, əgər desək ki, erkən Səfəvi dövləti İrandakı türkman hökmranlığının 3-cü mərhələsidir.
Türkmanların kim olduğunu isə görkəmli alman dilçisi və türkoloq Gerhard Doerfer belə açıqlayır:
“Çox qəribədir ki, “türkmənlər” sözü yenə də qarışıqlığa səbəb olur. Leninqradda(red. indiki Sankt-Peterburq şəh.) İraq oğuz ədəbiyyatının “türkmən” adı altında kataloqlandığını gördüm; əslində isə “türkman” sözü “köçəri-oğuz” deməkdir (red.digər versiyaya görə iman gətirmiş türk-oğuz).
Ağqoyunlu və Qaraqoyunlu “türkmənləri” şubhəsiz ki, azərbaycanlılardır. Leksikologiyada göstərildiyi kimi, Məmlük hökmranlığı dövründəki “türkmənlər” türkcə danışırdılar.
(Gerhard Doerfer.,”Тюрки в Иране”)
Beləliklə, bu məlumatları ümumiləşdirsək, Ağqoyunluları, Qaraqoyunluları və Səfəviləri xalqımızı formalaşdıran, indiki Azərbaycan etnik qrupunun onurğasını təşkil etdiyini və bu cür də qəbul olunduğunu görməkdəyik. Demək ki, Azərbaycan xalqı haqlı olaraq bu dövlətlərin tarixinə, varisi olaraq, öz iddiasını irəli sürür və sahib çıxmağa çalışır.
Comments are closed.