Ermənilər hər zaman öz qədimliklərini vurğulamaq üçün tarixi Erməniyyə və həmçinin Azərbaycan ərazisində mövcud olan qədim şəhərlərə iddia etmiş, özlərini bu şəhərlərin qurucusu kimi qələmə vermişlər. Hal – hazırda sonu – kert hissəciyi ilə bitən şəhərlərdən söhbət açacağam, tez – tez adı çəkilən bu şəhərlərə aşağıdakılar aiddir : Tiqranakert, Arkatiakert, Hunarakert və sairə.
Əslində isə «kert» hissəciyi erməni dilində heç bir məna kəsb etmir. Vaxtilə erməni dilçiləri özləri bu sözü fars sözü olan «Kirt» sözü ilə əlaqələndirərək «tikmək» «yaratmaq» «qurmaq» (rus dilində «строить», «созидать «) mənası kimi izah vermişdilər. Əslində isə «kert» sonluğu hun mənşəli sözdür . Bəs bu sözün hun mənşəli olmasını hansı mənbələrdən əldə etmək olar? Axı elm aləmində qəbul olunub ki, hun dili birbaşa olaraq günümüzə kimi gəlib çatmamışdı. Amma erməni mənşəli macarıstanlı geoloq alimin söylədiklərindən və nəşrindən məlum olur ki, Hun sözlüyü və qrammatikası əslində günümüzə kimi gəlib çatmış və bu dili özündə əks etdirən qədim əlyazma erməni kilsəsində aşkarlanıb . Detre Ksaba adlı həmin alim 1941 ci il Budapeştdə ziyalı ailəsində anadan olmuşdu. Onun mənsub olduğu ailənin üzvləri müxtəlif dillərdə sərbəst danışa bilirdilər: macar, erməni, alman və sekel dili. Müxtəlif dilləri bilmək bacarığı Detre Ksabanın gələcək fəaliyyətinə də öz təsirini göstərmişdi. 1965 – ci ildə Eötvöş Lorand adına Budapeşt Universitetini bitirərək geoloq diplomunu almış, sonrakı ilərdə fəlsəfə və humanitar fənnlər üzrə təhsilini davam etdirmişdi (1974). Daha sonra İtaliyanın Venesiya universitetində erməni dili və tarixi mövzusunda 3 il təhsil alıb oranı bitirmişdi (1987). Hər üç təhsili üzrə doktorluq dərəcəsini almışdır.
(Mənbə : In memoriam Dr. Detre Csaba . Hungarian Geological Society, 2016.)
Detre Ksaba özünün nəşrində («Hun Szavak, szövegek») İsfahan kodeksinə istinad edərək hun mənşəli sözlərin macar dilində qarşılığını vermişdi. Ksabaya görə İsfahan kodeksi adı altında mövcud olan əlyazma İranın İsfahan şəhərindəki erməni kilsəsində aşkarlanıb . Beşinci əsrə aid edilən əlyazma 1860 cı ildə aşkara çıxmış, məzmununu erməni əlifbası ilə yazılmış Hun sözlüyü və qrammatikası təşkil edir. Əlyazmanın başqa bir nüsxəsi, həmçinin 9 – cu əsrə aid edilən türk dilinə tərcümə olunmuş nüsxəsi də İrəvan kitabxanasında saxlanılır. Detre Ksaba ömrünün bir neçə ilini İsfahanda keçirmiş və orada geoloq kimi fəaliyət göstərmişdi.
(Mənbə : Alfréd Tóth « Hunnic – Hungarian Etymological Word List».)
Məhz İsfahan kodeksi əsasında macar linqvist alimi Alfred Toth kitab yazmış və hun dilinin xüsusiyyətləri haqda məlumat verərək macar dili ilə paralellər aparmışdı. . Elə həmin kitabdan «kert» sözünün hun mənşəli olması bilinir. Bu söz hal hazırda macar dilində (Kert formasında) və digər fin – uqor xalqlarının dilində işlənir (Kart /kort formasında) mənası – bağ, ərazi deməkdir. Qədim şəhərlərin adlarının sonluğunun belə bir məna ilə bitməsi çox məntiqli görünür. Məsələn Tiqranakert – Tiqranın bağı /ərazisi, Hunarakert – Hunun bağı /ərazisi. Yeri gəlmişkən ermənilər Hunarakert sözünün izahını da öz dillərindən çıxış edərək məna verə bilmirlər, yenə də fars dilinin «hūnara « – cəsur /mərd sözü ilə əlaqələndirib mənalandırırlar. Əslində elə Hunara sözü də fars mənşəli söz olmayıb türk mənşəli sözdür , adından da görünür ki, Hunarakert elə Hun xalqı ilə bağlı olan toponimdir: Hunarakert =Hun +Ər +Kert yəni Hun ərinin bağı. Hünər sözü də türk mənşəli söz olub Hun +Ər birləşməsindən yaranmışdır. İngilis dilində olan Honor/Honour – şərəf, şan – şövkət ; şərəfli, qeyrətli sözünü də bu qəbildən hesab etmək olar. Qeyd edim ki, erməni mənbələrində adı keçən Hunarakert şəhəri deyərkən Azərbaycanın Qazax rayonunda mövcud olan Xunan /Hunan, gürcü mənbələrində Khunani /Xunani adı ilə tanınan qala tipli şəhər nəzərdə tutulur, bu şəhərin qalıqları Qazax rayonunda aşkarlanmışdı.
Ən maraqlı məqamlardan biri isə odur ki, Csaba Detrenin təqdim etdiyi sözlükdə ermənilərin özlərinə dediyi Hay /Hayk adı da hun mənşəli sözdür. Bu məqam ayrıca təhlil olunası bir məqamdır.
Hunları isə Bizans tarixçiləri tez – tez qədim skiflərlə eyniləşdirirdilər : Kesariyalı Prokopiy, Panionlu Prisk, Zosim, Yevnopiy.
(Mənbə: Заур Гасанов «Царские Скифы»)
Qeyd edim ki, Alfred Tothun kitabındakı hun sözlərindən ibarət siyahıda bu gün də azərbaycan dilində aktiv işlənən bir çox sözlərə rast gəlmək olur : alma, arpa, sazaq, bülbül, meymun, xalq və sairə…
Əlavə olaraq onu da deyim ki, Detre Ksabanın İsfahan kodeksinə istinad edərək Hun dili haqda olan nəşri 2000 ci illərin əvvəllərində macar ictimaiyyəti arasında böyük marağa və səs – küyə səbəb olmuşdu. Bu mövzu ətrafında müxtəlif məqalələr dərc olunmuş və hətta əslində belə bir əlyazmanın olmadığını iddia edən başqa bir macar alimi tapılmışdı. Mikloş Sarkozi adlı iranşünas macar alimi hətta İsfahan şəhərində erməni kilsəsinin olmamasını belə söyləmişdi, əslində onun bu iddiası da əsassız səslənir, belə ki, İsfahanda erməni kilsəsinin mövcud olmasını hər bir kəs çox asanlıqla internet resurslarından araşdırıb tapa bilər. Görünən odur ki, hansısa qüvvələr belə bir əlyazmanın aşkara çıxmasının marağında deyillər və o üzdən də Ksabanı yalançı adlandıranlar da tapılmışdı. Müstəqil araşdırmaçılar isə Ksaba ilə əlaqə yaradaraq onun bu məsələyə münasibətini öyrənmişlər, o isə öz növbəsində qeyd etmişdir ki, əslində 1970 ci illərdə sovet dönəmi vaxtlarında bu əlyazmanı bir – neçə alim görmüş, macar alimlərinə isə araşdırma aparmağa qadağan qoyulmuşdu. Əlyazmanı araşdırmağa cəhd edən digər alimlər isə qəribə şəraitdə ölmüşdülər. Detre Ksaba isə özü 2016 cı ildə dünyasını dəyişmişdi.
Bu barədə məlumatlar macar dilli mənbələrdən götürülmüşdü.
Mənbə: Caucasian Albania – Türklər
Comments are closed.