Oxuculara təqdim olunan bu kitab Səfəvi dövrünün ən məşhur müəlliflərindən biri olmuş və I Şah Abbasın sarayında xidmət etmiş görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münşi Türkmanın (1560/61-1634) farsca yazdığı «Tarix-i aləmara-yi Abbasi» (Abbasın dünyanı bəzəyən tarixi) adlı üç cildlik əsərin birinci cildinin Azərbaycan dilinə tam tərcüməsidir. Mənbənin bu cildi Səfəvi sülaləsinin əcdadları, Azərbaycan Səfəvilər dövlətinin yaranması və
inkişafı, ilk dörd Səfəvi Şahının (I İsmayıl, I Təhmasib, II İsmayıl və Məhəmməd Xudabəndə) hakimiyyəti haqqında qiymətli məlumatlar verir və 1587-ci ildə I Şah Abbasın hakimiyyətə gəlməsi ilə sona çatır. Vətənimizin, qonşu ölkələrin və bir
sıra digər Yaxın və Orta ġərq ölkələrinin tarixini öyrənmək baxımından «Tarix-i aləmara-yi Abbasi» böyük əhəmiyyət kəsb edir. Tərcümə zamanı mənbənin Tehran nəşrindən və Bakıdakı əlyazmalarından istifadə edilmişdir. Əsər geniş ön söz, şərhlər və göstəricilərlə təchiz olunmuşdur.
Tarix-i aləmara-yi Abbasi
In
Kitabxana
Comments are closed.