Noyabrın 20-də işğalçı qüvvələr Ağdam rayonunu tamamilə tərk etdi və Azərbaycan ordusunun bölmələri onun ərazisinə daxil oldu.

Erməni təcavüzkarları Azərbaycanın ən böyük və strateji əhəmiyyətli bölgələrindən biri olan Ağdamda misli görünməmiş vandalizm aktı törətdilər. Ağdam şəhərində və bölgənin kəndlərində evlər, ictimai binalar, məktəblər, uşaq bağçaları, xəstəxanalar və sənaye müəssisələri talan edildi, dağıdıldı və yandırıldı.
Eyni zamanda erməni vandalları tarixi abidələrimizi və qəbiristanlıqlarımızı da məhv etdilər.

Vaxtilə talan edilmiş və Qafqazın Xirosimasına çevrilmiş Azərbaycanın ən zəngin bölgəsi olan Ağdamın yerində, indi xarabalıqlar var.

Bu isə özünə “yaradıcı xalq” deyən ermənilərin məscidlərimizə qarşı edilmiş vandalizm və islamofobiya nümunəsi. Məscidimizi tövlə kimi istifadə edib, bu yolla bizi təhqir etmək istəyirdilər.

Write A Comment