Bu xəritədə Azərbaycanın ərazisi Dərbənddən Həmədana qədər, indiki Türkiyə-Ermənistan sərhədinin yerləşdiyi Qars, Gümrüdən Gilan əyalətinə qədər göstərilib

Səfəvilər İmperiyasının Azərbaycanda yaradıldığı və onun paytaxtının məhz bizim torpaqlarda yerləşdiyi faktını sovet tarix elmi də təsdiq edib.

Bunu azərbaycanlı tarixçi, Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanın ərazisini, onun paytaxtlarını və Şərq tarixindəki aparıcı rolunu anlamaq üçün Səfərilər dövlətinin XVI-XVIII əsrlərin əvvəllərindəki xəritəsinə nəzər yetirmək kifayətdir:

“Digər bir sovet xəritəsi Azərbaycan Salarilər dövlətinin X əsr ərazisini ətraflı olaraq nümayiş etdirir. Bu xəritədə Azərbaycanın ərazisi Dərbənddən Həmədana qədər, indiki Türkiyə-Ermənistan sərhədinin yerləşdiyi Qars, Gümrüdən Gilan əyalətinə qədər göstərilib”.

Məlumat üçün bildirək ki, Salarilərin hakimiyyəti dövründə Xəzər dənizində ticarət gəmiləri üzməyə başlayıb. Azərbaycanın Yaxın və Orta Şərqdəki iqtisadi və hərbi-siyasi rolu güclənib.

R.Hüseynovun sözlərinə görə, “Qafqaz XIX əsrin ilk yarısında” adlı sovet xəritəsində mərhələli şəkildə Çar Rusiyasına birləşdirilən Azərbaycan xanlıqları əks olunub və ermənilər barədə heç bir məlumat verilməyib, çünki onlar sadəcə olaraq mövcud olmayıblar.

“Ciddi ilkin mənbələrin olmaması erməni tarixi və ideologiyasının zəif nöqtəsidir. Bu səbəbdən alimlərin və mütəxəssislərin “Qafqazda Böyük Ermənistan” xülyasının əks olunduğu mənbə və sənədləri yoxlamaları lap yerinə düşərdi”, – o bildirib.

Mənbə: Axar.az

Write A Comment