Milli Kimlik

Mirzə Həsən Rüşdiyyə azərbaycanlı maarifçi, ruhani, siyasətçi və mühərrir kimi məşhur şəxsiyyətlərdən biri olmuşdur. Güney Azərbaycanda və İranda ilk dəfə müasir tipli təhsil ocağını təşkil edən görkəmli maarif xadimidir. Onun təşəbbüsü ilə açılan və tarixdə “Rüşdiyyə məktəbləri” kimi tanınan təhsil siyasəti bütün Şərqdə böyük bir maarifçilik hərəkatına səbəb olmuşdur.

Mirzə Həsən Mehdi oğlu Təbrizi 1851-ci il iyulun 5-də Təbriz şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. İlk təhsilini ərəb və fars dillərini mükəmməl bilən, dövrünün görkəmli ziyalılarından olan maarifpərvər atası Molla Mehdidən almışdır. Ruhani olmaq istəsə də, daha sonra bu fikirdən daşınmışdır. Bunun əsas səbəblərindən biri İstanbulda iki təbrizli naşir Mirzə Nəcəfəli Xan və Ağa Məhəmməd Tahir tərəfindən nəşr olunan, İran mətbuatı tarixində ilk mühacir mətbu orqanı sayılan “Əxtər” (1875-1896-cı illər) qəzetində yazılmış məqalə ilə tanışlığı idi. Məqalədə belə bir fikir qeyd olunmuşdu: “Avropada hər 1000 nəfərdən 10 nəfəri savadsız, İranda isə hər 1000 nəfərdən 10 nəfəri savadlıdır. Bu nöqsan əlifbanın çətinliyi və tədris üsulundakı qüsurlardan irəli gəlir. İranda da avropasayağı məktəblər olmalıdır”.

Həmin məqalədən təsirlənən gənc Həsən atasından icazə alaraq, İstanbula gedir. Orada fəaliyyət göstərən məktəblərin adları onun diqqətini cəlb edir. Bununla da özünə Rüşdiyyə təxəllüsünü götürür. İstanbul, Beyrut və digər şəhərlərin təhsil sistemi ilə yaxından maraqlanır. 1980-ci ildə Beyrutdakı Darül-müəllimində (Pedaqoji Universitet) təhsil aldığı zaman üsuli-cədid (ərəbcədə yeni üsul deməkdir) məktəblərinin təsis olunması və idarə edilməsi prosesi haqqında ətraflı bilgilər əldə edir, eyni zamanda “Əlifbanın asan və yeni üsulda tədrisi”ni öyrənir. Beyrut şəhəri o zamanlar Osmanlı dövlətinin ərazisi hesab olunurdu. Burada türk ziyalılarından təhsil aldıqdan sonra Türkiyəyə dönür. İstanbulun elm, maarif və mədəniyyətlə zəngin olan mühiti Həsənin dünyagörüşündə maarifçilik ideyalarının ideyalarının yaranmasında və inkişafında böyük rol oynayır. Özünün yazdığı kimi: “Təlimin yeni metodlarını, qanunu və məktəb açmaq qaydalarını öyrənmək məqsədilə İrandan mühacirət etdim”. Lakin İrana dönmək istəsə də, orada özünə həmfikir tapmadığı üçün 1883-cü ildə Azərbaycanın tarixi şəhərlərindən olan İrəvana gedir. Burada yaşayan qardaşı Mirzə Əlinin köməyi ilə yerli müsəlmanlar üçün müasir tipli dünyəvi məktəb- özünün ilk üsuli-cədid məktəbini açır. Pedaqoji  fəaliyyətinə məhz İrəvanda başlaması heç də təsadüfi deyildi. XIX yüzilin ikinci yarısında Qafqazda başlanmış maarifçilik intibahı Güney Azərbaycan ziyalılarının da diqqətini cəlb etmişdi. İsmayıl Kazımzadə və Mirzə Kazım Əsgərzadənin Həsən Rüşdiyyədən əvvəl İrəvanda açdıqları yeni üsuli ana dili məktəbləri bu prosesdə Güney Azərbaycan ziyalılarının da iştirakının sübutu idi.

Gənc müəllim kimi Həsən Rüşdiyyənin İrəvanda ilk pedaqoji fəaliyyəti uğurlu alınır. Onun yaratdığı məktəb qısa müddətdə xeyli nüfus qazanır. Savadlı yerli məmurlar hazırlamaq istəyən çar hakimiyyəti də Rüşdiyyənin fəaliyyətindən məmnun idi. Buna görə də övlətin onu mükafatlandırması və ona maddi yardım göstərməsi heç də təsadüfi deyildi. İran şahı Nəsirəddin şah Qacar Çar Rusiyasına səfəri əsnasında İrəvanda olarkən, bu təhsil ocağını ziyarət etmişdi. Uğurlu pedaqoji fəaliyyətinə baxmayaraq, Mirzə Həsən Rüşdiyyə İrəvanda çox qalmır.

1888-ci ildə artıq təcrübəli müəllim olaraq yenidən doğma Təbrizə qayıdır və burada elə həmin il “Dəbiristani-Rüşdiyyə” və “Mədrəseyi-Rüşdiyyə” adlı Güney Azərbaycan və bütün İranda ilk müasir təhsil müəssisələrini təsis edir. Lakin Mirzə Həsən Rüşdiyyənin təlim metodlarının dini prinsiplərə uyğun gəlmədiyini iddia edən din xadimləri məktəbi bağlamaq əmrini verirlər. O, 1893-cü ildə məktəbi şəhərin Şeşgilan məhəlləsinə köçürür və adını Nəsirəddin şah Qacarın oğlu, Azərbaycan vilayətinin hakimi (valisi) olan Müzəffərəddin Qacarın şərəfinə “Rüşdiyyəyi-Müzəffəriyyə” qoyur. Sonralar fars dilində nəşr edilən “Çehrenoma” qəzeti 10 oktyabr 1906-cı il tarixli sayında Rüşdiyyənin şəklini çap etmiş və altında belə yazmışdır: “İranda məktəb açmış birinci böyük şəxsiyyət Mirzə Həsən Rüşdiyyədir”. “Rüşdiyyəyi-Müzəffəriyyə” məktəbində tədris türk dilində aparılırdı. Dövrün məşhur ziyalılarından olan Məhəmmədəli Tərbiyət, Əhməd Müdərris, Hüseyn Kamal Təbibzadə və başqaları bu məktəbin müəllimləri olmuşlar. Məktəbdə 200-dən çox şagird təhsil alırdı. Əksəriyyəti yoxsul ailələrdən olan bu şagirdlər pulsuz oxuyurdular. Lakin yenə də narazı qalan din xadimləri Rüşdiyyədən əl çəkməyib onu öldürməyə, onun açdığı məktəbləri isə bağlamağa çalışırdılar və ona qarşı hətta fitva vermişdilər. 1894-cü ildə Mirzə Həsən Rüşdiyyə türk dilində özünün ilk “Vətən dili” adlı əsərini yazdı. “Rüşdiyyəyi-Müzəffəriyyə”də tədris olunan ana dili dərsləri məhz Rüşdiyyənin özünün ilk “Vətən dili” kitabı üzrə aparılırdı. Təbrizdə çap olunan “Vətən dili” kitabı o dövrün ən mükəmməl dərsliyi idi. Sadə və aydın dildə yazılan bu dərslik onu qavramaqda məktəblilər üçün heç bir çətinlik yaratmır və sövti(səs) üsulu ilə ərəb əlifbasının öyrənilməsini xeyli asanlaşdırırdı. 6 ay ərzində yazıb-oxumağı öyrədən bu dərslik Güney Azərbaycanda çox geniş yayılmışdı. Bu kitab Güney Azərbaycanda sövti üsulu ilə yazılmış ilk əlifba dərsliyidir. Bu haqda Güney Azərbaycan Demokratik Hərəkatının görkəmli nümayəndəsi Seyid Cəfər Pişəvəri türk dilində birinci dərs kitabına dair “Vətən dili” məqaləsində belə yazmışdır: “Vətən dili ana dili deməkdir. Böyük maarifpərvər bu kitabı yazarkən həqiqi bir rəvanşünas kimi uşaqların yaş səviyyəsini, qəlbini və əhval ruhiyyəsini nəzərə alaraq, onun idrak qabiliyyətinə müvafiq surətdə hekayə və misallar tərtib etmişdir”.

M.H.Rüşdiyyə 1897-ci ilədək Təbrizdə yeni üsulda 9 məktəb açsada, şah üsuli-idarəsi və mürtəce ruhanilər onu incitmiş, açdığı məktəbləri gah bağlamış, gah da qarət etmiş və digər müxtəlif vasitələrlə ona ciddi təzyiqlər göstərmişlər. Bu fitnəkar münasibətlər zamanı məktəblilərdən ölən və yaralananlar da olmuşdur. Hətta M.H.Rüşdiyyə özü də bir neçə dəfə ağır yaralanmışdır. Tarixdə “Rüşdiyyə məktəbləri” adı ilə tanınan bu təhsil ocaqlarının tədris planına nəzər saldıqda, buraya türk, fars, fransız dilləri, sərf-nəhv, ədəbiyyat, riyaziyyat, fizika və digər fənlərin daxil edildiyini görmək olar. İranda sxolastik tədris üsuluna zidd olan, tədris işinin sövti üsulu ilə aparıldığı bu məktəblərin şah üsuli-idarəsi və mürtəce ruhanilər tərəfindən dəfələrlə bağlanmasına baxmayaraq, Rüşdiyyə məktəbləri XIX yüzilin sonlarında və XX yüzilin başlanğıcında İranda yeni tədris üsulunun yayılmasında mühüm rol oynamışdır. Bu məktəblərin Güney Azərbaycan üçün ən əhəmiyyətli məqamı isə Səfəvilər dövründən sonra ana dilimizdə açılan ilk milli məktəb olması idi. Bəlkə elə buna görə bu təhsil ocaqlarına “Rüşdiyyeyi-milli” məktəbi də deyilirdi.

1896-cı ildə Nəsirəddin şahın oğlu 43 yaşlı Müzəffərəddin taxta çıxdı. Müzəffərəddin Mirzə Əli Xan Əminüddövləni sərdəzəm (baş nazir) təyin etdi. Əminüddövlə Azərbaycan hakimi olduğu zaman Rüşdiyyənin gördüyü işləri təqdir və müdafiə edirdi. Onun Tehrana çağırılması Təbrizdəki mürtəce ruhanilərin Rüşdiyyəyə qarşı olan fitnəkar hücumlarını daha da alovlandırdı. Bu sıxıntılı günlərdə Rüşdiyyə yenə də Əminüddövlə tərəfindən müdafiə olundu. Sədrəzəm onu Müzəffərəddin şahın əmri ilə Tehranda üsuli-cədid məktəbi açmağa dəvət etdi. Bu dəvətin sayəsində Rüşdiyyə maarifçilik uğrunda apardığı mücadiləsinin yeni mərhələsinə qədəm qoydu.

Nəticədə Rüşdiyyə Təbrizi tərk edib Tehrana köçməyə məcbur olur. O, Tehrandakı pedaqoji fəaliyyətinə başladığı zaman Mirzə Nəsrulla Məlikül-Mütəkəllimin, Yəhya Dövlətabadi və Şeyx Mehdi Kaşanı kimi maarifçi ziyalılarla əməkdaşlıq etməyə başladı. Tehranda hökümətin dəstəyilə paytaxtda və böyük şəhərlərdə oğlan və qızlar üçün Rüşdiyyə məktəblərini açmağa başlayır. 1898-ci ildə təşkil edilən Maarif Əncüməni və Ali Maarif Şurası yaradıcılarından olan Həsən Rüşdiyyənin tədris metodu artıq özünü doğrultmuşdu. İranda açılan bütün üsuli-cədid məktəbləri bu metodla işləməyə üstünlük verirdi. Lakin bir qədər sonra Tehranda açdığı bu məktəblərin sərbəst fəaliyyətinə imkan verilməmişdir. Mürtəce qüvvələr Tehranda da öz işini görürdü. 1898-ci ilin iyul ayında yeni maarifçi hərəkatın hamisi olan Əminüddövlə sədrəzəm vəzifəsindən kənarlaşdırıldı. Bu hadisə Rüşdiyyə və digər maarifpərvər ziyalıların vəziyyətini pisləşdirdi. Əvvəllər fitnəkar qüvvələr mürtəce ruhanilərdən ibarət idisə, indi onlara saray məmurları da qoşulmuşdu. Bu təhlükəli vəziyyətdən qurtulmaq üçün Rüşdiyyə vətəni tərk edərək öncə 1900-cü ildə Məkkə, Şam şəhərlərinə, daha sonra isə Misirə və Qafqaza üz tutmuşdur.

Demokratik xalq hərəkatı gücləndiyi vaxtlarda isə Rüşdiyyə doğma Təbrizə qayıdır. Şeşgilan məhəlləsində yenidən məktəb açmağa müvəffəq olmuşdur. Daha sonra Tehranda da yenidən Rüşdiyyə məktəbini açmış, “Əncüməni-tənviri-əfkar” cəmiyyətini qurmuş, “Vətən dili”, “Ana dili” və digər adlarla ilk dərsliklərini yazıb nəşr etdirmişdir.

1902-03-cü illərdə o, Tehranda nəşr etdirdiyi “Məktəb” və “Tehran” qəzetlərində maarifçilik ideyaları, elmi-metodiki tövsiyə və təlim üsulu barədə məqalələr yazır, eyni zamanda şah üsuli-idarəsini ifşa edirdi. Mürtəce mütləqiyyət rejiminə qarşı çıxaraq, radikal mövqe nümayiş etdirməsi onun həbsi və Xorasan əyalətinə sürgün olunması ilə nəticələnmişdir.

Güney Azərbaycandakı Milli demokratik hərəkatı dövründə Tehrana qayıtmış, 1905-11-ci illərdə ictimai və elmi-pedaqoji fəaliyyətini davam etdirmişdir. O, bu dövrdə maarifçi məqalələrlə yanaşı, uşaq şeirləri də yazmışdır. M.H.Rüşdiyyə bəhs etdiyimiz “Vətən dili” kitabından başqa türk və fars dillərində də bir çox əsərlərin müəllifidir. “Bədayətüt-təlim”, “Kifayətüt-təlim”, “Nəhayətüt-təlim”, “Təkmelətüs-sərf”, “Ana dili”, “Əlifbayi-Rüşdiyyə”, “Üsuli-əqaid və ya ittihadi-bəşər” və digər əsərləri bütün İranda oxunur və bir çox məktəblərdə dərs vəsaiti kimi istifadə olunurdu.  Rüşdiyyənin ən böyük xidmətlərindən biri də qadın azadlığı və qadın təhsili uğrunda mübarizə aparıb qızlar məktəbi açması, korlar üçün oxumaq üsulu ixtira edib, onlar üçün də məktəb təsis etməsi idi. O, 1933-ci ildə təqaüdə çıxmışdı.

Güney Azərbaycanın görkəmli maarifpərvər xadimi, pedaqoqu, publisisti, Rüşdiyyə məktəblərinin banisi M.H.Rüşdiyyə 1944-cü il dekabrın 10-da, 93 yaşında Qum şəhərində vəfat etmişdir. Onun son vəsiyyəti belə olmuşdur: “Məni elə yerdə dəfn edin ki, məktəblilər hər gün qəbrimin üzərindən keçərkən ruhumu şad etsinlər”. Seyid Cəfər Pişəvəri “Azərbaycanın böyük xalq və maarif xadimi” adlı məqaləsində onun haqqında vəfatından sonra belə yazmışdır: “100 ilə yaxın ömrünü maarif, azadlıq yolunda, nadanlıq və cəhalət əleyhinə, mübarizə işinə sərf etmiş olan qocaman müəllim mərhum M.H.Rüşdiyyə Azərbaycan Türk millətinin fəxr edəcəyi ən parlaq və tarixi simalarındandır. M.S.Rüşdiyyə Azərbaycan xalqının ən böyük xalq və maarif xadimidir. O, yaxşı bilirdi ki, hər xalqın tərəqqisi onun mədəni-maarif səviyyəsinin tərəqqisi üçün şərait və vəsaitin olmasından asılıdır. Məhz buna görə də, o, bu şəraiti yaratmaq və lazımi vəsaiti əldə etmək uğrunda var qüvvəsilə çalışmışdır”.


Əlirza Amanbəyli

Azərbaycan varlığının biçimlənməsində ulusal ordunun rolu

Ordu sözü əski zamanlardan Türklər arasında hakimiyyət anlamı daşımışdır. Türk el və ya el birləşmələrinin mərkəz yığıncağına ordu deyilirmiş. Xaqanı və ya el başçısını qorumaq elin görəvinədüşürmüş. Bu üzdən əski Türklərdə orduyla millətin eyni varlıq olmasıgürünməkdədir. Ölkənin savaşa girmsilə uşaqlar, qocalar dışında bütün əli silah tutan toplum üyəsi hakimiyyətin bəqası üçün savaşa qalxırdılar. Qədim Türklər üçün başçının qorunub saxlanılması torpağın saxlanılmasından daha önəmli sayılırdı. Türklərə görə, igid bir ərin başçılığıyla böyük torpaqlara çatmaq olar, lakin böyük torpaqları igid başçı olmadan saxlamaq olmaz!

Azərbaycanda Türk millətinin gəlişməsində Türk dilinin rolu

Eldar Qaradağlı

Dilçi alimlərin ortaq düşüncəsinə görə, Türk termeninin geniş işlədilməsinin zamanı Hunİmperaturluğunun çağına dayanır. Hun imperaturluğunun xidmətində olan GökTürklərin bu imperaturluqdan sonra dövlətlər quruluşu məhz Türk adıyla olur. Miladın 4 və 5-ci yüzilliklərində yavaş-yavaş böyüməyə başlayan və geniş qəbiləve el birləşmələrini oluşduran döyüşkən, qorxmaz və ölümə qoşan Turan ellilər, çox geçmədən Türk Hun imperatorluğunda böyük öncüllüklə geniş yerlər almağa başladılar. Hunların gücdən düşməsi Muğul Çuvan-Çuvanların bölgəyə kölgəsalmasına nədən olmuşdur. Bu üzdən soy və kök yaxınlıqları olan Aşna eli Muğullarla bir ittifağa girməyə üstünlük verdilər. Çuvan-Çuvanların gücdən düşməsi ilə, 552-ci ildə Aşna eli Çuvan-Çuvanları yenərək İlk dəfə tarixdə Türk adlı bir dövlət təməlini qoymağa başladı. Özlərini GökTürk* (*Türk: Qorxmaz,İgid, Gök:Göy, İlahi, Qudsal. GökTürk: Qudsal Qorxmaz.) adlandıran el birləşmələri az bir zamanda bütün step və həndəvərdə olan soydaş el birləşmələrini öz himayəsi altına aldı. 745–ci ilədək uzanan GöyTürkİmperaturluğunun qoyduğu ən qalarğı irsiyyə özündən öncəki atalar tarixinin ad mahiyyəti və milli kimlik adı oldu. GökTürklərin ən böyük başçılarından biri imperatuluğun başbaxanı Tunyuquq, Bilgə Xaqan olmuşdur. O, ilk kəz olaraq Türk adı daşıyan bir dövlət sistemi yaratmışdır.

Gənəlliklə GöyTürklər Dövlət sistemini milli ideolojiyaya bağlarkən, üç özül daşı GöyTürk dövlətçiliyinin başında yerləşdirmişlər:

a) Çin,i basqı altında tutmaqla, Türk dövləti rahat olub, yeməkdən təmin olsun.

b) Çin,də dağınıq olaraq səpələnmişTürklər ana yurdu Ötükənə qayıtmalıdırlar.

c) Asiyada nəqədər Türk varsa Türk xaqanının bayrağı altına toplanmalıdır.[26]

Bəlli olduğu kimi, dövlətçiliyin təməlində milli ideoloji təməlinə dayanan zaman dövlət yönədiçiləri nəistədiklərini, necə istədiklərinini, nə zaman istədiklərini və kimdən istəməklərini bir yapıd olaraq ortaya qoymağı bacarmışdırlar. 734-cü ildə BilgəXaqan öldu. Yenisey Daşqazmalarında Bilgə Xaqan dililə tapılan kətibədəyazılır:

“EY TÜRK MİLLƏTİ, ÜSTƏ GÖK YIXILMAZ, ALTDA YER DƏLİNMƏZSƏ, DÖVLƏTİ, TÖRƏNİ KİM YIXA BİLƏR!”

Aydındır ki, GökTürklərin Dövlətçilik sistemində olan Türk özülünün yaranış çağı qıssa vədəli bir tapıntıdeyildir. Tarixin göstərdiyinə görə, Sumerlərdən başlayan dövlətçilik gələnəyi Türk ellərinin içində yayılaraq el gələnəyinə çevrilmişdir. Ancaq GöyTürklərədək dövlətçilik sistemi el və qəbilə kimliyi üzərində qurulmuşdur.

Eldar Qaradağlı

Bir toplumun millət halına gəlməsində onun Milli Beynini genişləndirir və ona özəl baxışaçısı verir. Tarix bilgisi azad toplumların daimi ulusallaşmasına yardımçıolarkən, özgürlük savaşında olan əsir toplumlar üçün də vaz geçirilməz dayanışma, dirənmə və milli ideya bağlantısıdır. Hər millətin milli tarix anlayışı, o millətin bütövlüyünün qarantısı olur. Tarix anlayışı bir milləti mənəvi bölünmələrdən, millətaltı, millətüstü əngəllərdən, uzun müddətli coğrafik və fiziksəl qopuqluqlardan qoruyur.

Səfər İbrahim

"Müasir İnkişaf" İctimai Birliyinin üzvü


“Qarabağ və Zəngəzur qədim Azərbaycan torpaqlarıdır. Azərbaycan dövləti öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcək.” Yəqin ki, bu sözlər bir çoxlarımıza tanışdır və bir çoxlarımız bu fikirləri dövlət rəsmiləri və  Azərbaycan tarixçilərinin dilindən dəfələrlə eşitmişik. Lakin bir qədər araşdırdıqda səsləndirdiyimiz bu fikirlərin tarixi əsasının ciddi şəkildə sübutuna ehtiyac olduğunu görürük. Vəziyyəti anlamaq üçün Qarabağ və Zəngəzurun müasir dünya tarixşünaslığında qəbul edilmiş tarixinə nəzər salaq.

Əziz Mustafa

“Zaman” qəzeti


Milli ideologiya cəmiyyətin bütün təbəqələrinin maraqlarını müdafiə edən, öz funksiyalarına görə milli həmrəylik və milli bütövlüyü təmin  etməyə qadir olan,  güclü, qüdrətli, demokratik və hüquqi dövlət quruculuğuna xidmət edən ümummilli baxışlar sistemidir. Bu çərçivədə də hər bir müstəqil dövlətin özünü beynəlxalq aləmin tam hüquqlu üzvü kimi hiss edə bilməsi və dünyanın siyasi səhnəsində uzunömürlü olması ilk növbədə onun ərazisində yaşayan bütün xalqları öz ətrafında birləşdirməyi bacaran və möhkəm təməllər üzərində qurulan siyasi ideologiyasının olmasından asılıdır. Bu baxımdan xalqımızı öz ətrafında birləşdirməyə və demokratik dövlət quruculuğuna xidmət edəcək milli ideologiya məsələsi əsrlərboyu Azərbaycan üçün strateji önəm daşıyıb.

Elnur Eltürk

“Təzadlar” qəzeti


Milli ideologiyaya hər bir xalqı inkişafa aparan və onun üçün həyatı əhəmiyyət daşıyan, əsasən də özünə milli mənəvi dəyərləri birləşdirən sistem kimi baxmaq olar. Hər şeydən öncə milli kimlik konsepsiyasını ortaya qoyan xalq öz milli ideologiyasını formalaşdırır və hədəflərinə çatmaq üçün fəaliyyətə keçər.

Anar Turan

“Xalq qəzeti”


Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı fəxr-fəxarət mənbəyidir. Dövlət bayrağımızın üzərindəki rənglərin, aypara və ulduzun özündə nə kimi mənaları gizlətdiyi, tarixin hansı dərinliklərinə gedib çıxdığı və nəhayət, nə üçün seçildiyi hər kəs üçün maraqlıdır. Bayrağımızda mavi rəngin türkçülüyü, qırmızı rəngin müasirliyi, yaşıl rəngin isə İslamı ifadə etdiyi hər kəsə birmənalı olaraq aydındır. Bəs Azərbaycan bayrağı üzərində həkk olunan aypara və səkkizguşəli ulduzun mənası nədir?

Vüqar Zifəroğlu

"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun sədri,
BDU-nun dosenti

Qloballaşma ilə bağlı müzakirələr gündəmə gəldiyində, Milli dövlətlərin zəiflədiyi və ortadan qalxa biləcəyi təhlükəsi ilə bağlı mövzularla daha çox rastlaşırıq. Qloballaşmanı əgər tək və qaçılmaz bir proses olaraq qəbul etsək, nəticə olaraq qloballaşmanın özü ilə nələr gətirəcəyini də qəbul etməmiz lazım gəlir.

Mehriban QASIMOVA
BDU İlahiyyat fakültəsi, ilahiyyat üzrə fəlsəfə doktoru


“Kimlik” məsələsi məfhum olaraq əsasən XX əsrdən etibarən psixo-analitiklər, sosioloq və eləcə də sosial psixoloqlar tərəfindən ciddi şəkildə müzakirə edilməyə başlanmışdır. Hər bir sahə əhatə etdiyi prinsiplərə görə kimlik müzakirəsində iştirak etmiş və “kimlik” məfhumuna izahlar gətirmişdir. Geniş mənada kimlik məfhumu, insanın mənliyini, öz hisslərini və fikirlərini ifadə edir. Məhz bu baxımdan da o, eyni zamanda “mənlik” və “şəxsiyyət” mənalarını da əhatə edir. Digər tərəfdən burada aidiyyət və mənsubiyyət hissi, eyni davranışların göstərilməsini ifadə edən mənalar da vardır. Yəni kimliyi ifadə edən aidiyyət hissində mədəniyyətə aid olan mənəvi əlaqə vardır. İnsanın təlim-tərbiyəsi, sosiallaşma prosesindəki ictimai münasibətləri bura daxildir. Nəticə etibarilə kimlik – insanın özünəməxsus bir xüsusiyyətidir.

 
2 səhifədən 1 1 2 > >>
Müəllif bloku

Əsas səhifəTədbirlərMüsabiqələrMüsahibəKonfransMəqalələrKonsepsiyaKitablarLinklər


© 2018 Bütün hüquqlar qorunur www.millikimlik.az
Aktiv sorğu yoxdur